Yanvar-noyabr aylarında Dövlət Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə daxilolmalar 4 milyard 6 milyon 339 min manat təşkil edib.
Komitədən bildirilib ki, 11 ayda gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 998 milyon 823 min manat, əlavə dəyər vergisi üzrə 2 milyard 735 milyon 85 min manat, aksizlər üzrə 230 milyon 851 min manat, yol vergisi üzrə isə 41 milyon 574 min manat olub.