İqtisadiyyata kredit qoyuluşları 16 faiz artaraq 5 milyard 743 milyon manat təşkil edib

2019.12.13 15:58 (UTC+04:00)

Azərbaycan Mərkəzi Bankından (AMB) verilən məlumata görə, cari ilin əvvəlindən Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları (banklar və bank olmayan kredit təşkilatları daxil olmaqla) 16,1 faiz və ya 796,4 mln. manat artaraq dekabrın 1-nə 5.743,1 mln. manat təşkil edib.

Məlumata əsasən, ev təsərrüfatlarına verilmiş kreditlər ilin əvvəlindən 21 faiz və ya 1.077,2 mln. manat artaraq 6.206,8 mln. manata çatıb.