ABŞ 160 milyard dollarlıq Çin məhsullarına 15 faizlik gömrük vergisini ləğv edib

2019.12.13 13:47 (UTC+04:00)

ABŞ Prezidenti Donald Tramp Çindən idxal edilən 160 milyard dollarlıq məhsula 15 faizlik gömrük rüsumunun tətbiqinin təxirə salınmasını nəzərdə tutan ticarət razılaşmasının ilk bəndini təsdiqləyib. Çinin daha çox kənd təsərrüfatı məhsulu almaq öhdəliyini özündə əks etdirən saziş D.Trampa təqdim edildikdən sonra, tərəflər Çin məhsullarına tətbiq edilən gömrük rüsumlarının azadılmasını müzakirə ediblər.

D.Tramp sosial media səhifəsində açıqlama verib: "Çin ilə böyük bir müqavilə imzalayırıq. Onlar istəyirlər, biz də elə!".

Ticarət razılaşması ilə bağlı nikbinlik birjalarda canlanmaya səbəb olub və səhmlər bahalaşıb.