11 ay ərzində Gürcüstanın idxal etdiyi elektrik enerjisinin 64 faizi Azərbaycanın payına düşür

2019.12.13 10:01 (UTC+04:00)

Gürcüstan bu ilin yanvar-noyabr aylarında Azərbaycandan 904,006 milyon kilovat/saat elektrik enerjisi idxal edib. Bu barədə Gürcüstanın Elektrik Enerjisi Sisteminin Kommersiya Operatoru (ESCO) məlumat yayıb. Məlumatda deyilir ki, cari ilin 11 ayında Gürcüstan 1 415,98 milyon kilovat/saat elektrik enerjisi idxal edib. Bunun da 63,8 faizi Azərbaycanın payına düşüb.

Hesabat dövründə Gürcüstan 243,42 milyon kilovat/saat elektrik enerjisi ixrac edib. Bunun da 12,104 milyon saatı Azərbaycanın payına düşüb.

Yanvar-noyabr aylarında Gürcüstan Azərbaycandan Türkiyəyə 116,69 milyon kilovat/saat həcmində elektrik enerjisi tranziti həyata keçirib.