Özbəkistanda benzin və dizel yanacağına aksiz vergisi artırılır

2019.12.12 13:59 (UTC+04:00)

Gələn il aprelin 1-dən etibarən Özbəkistanda yekun istehlakçıya satılan benzin, dizel yanacağı, maye qaz və sıxılmış qaza tətbiq olunan aksiz vergisi dərəcəsi artırılacaq. Bu, Özbəkistanın dövlət başçısı Şavkat Mirziyoyev tərəfindən imzalanan "2020-ci ilin dövlət büdcəsi haqqında" Qanundan irəli gəlir. Belə ki, benzin, dizel yanacağı və maye qaza tətbiq olunan aksiz vergisi dərəcəsi 22,9 faiz, sıxılmış qaza isə 14,9 faiz səviyyəsində indeksləşdiriləcək.

Bundan əlavə, 2020-ci ildə alkoqol və tütün məhsullarına aksiz vergi dərəcələri iki dəfə artacaq.