İşlənmənin əvvəlindən bu vaxtadək Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz" yatağından 115 milyard kubmetr təbii qaz və 27 milyon tondan çox kondensat hasil olunub. Bu barədə SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə deyib.
O qeyd edib ki, ötən müddətdə Azərbaycan qaz idxal edən ölkədən qaz ixrac edən ölkəyə çevrilib: "Zaman və görülən işlər fikirlərimizin doğruluğunu təsdiq etdi. Artıq məlumdur ki, "Şahdəniz" yatağının karbohidrogen ehtiyatları 1 trilyon 200 milyard kubmetr qazdan və 240 milyon ton kondensatdan ibarətdir. Bu sahə dünya dənizlərində indiyədək kəşf olunmuş nəhəng qaz-kondensat yataqlarından biridir".