Xəzərin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlarından indiyədək 498 milyon ton neft çıxarılıb. Bu barədə SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə deyib.
SOCAR rəsmisi qeyd edib ki, hazırda respublikada neftin və qazın əsas hissəsi "Azəri-Çıraq-Günəşli" ilə "Şahdəniz" yataqları hesabına əldə olunur. Bu yataqların dərinsulu hissəsində 124 hasilat quyusundan gündəlik 70 min ton neft və 36 milyon kubmetr qaz hasil edilir. İşlənmənin əvvəlindən "Azəri-Çıraq-Günəşli" yataqlarından 498 milyon ton neft və 164 milyard kubmetr qaz hasil olunub.