Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri ilə bu vaxtadək 396 milyon ton Azərbaycan nefti nəql edilib. Bu barədə SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə deyib.
Akademik bildirib ki, bu il dekabrın 1-dək dünya bazarına 555 milyon ton Azərbaycan neft çıxarılıb. Bunun da 396 milyon tonu Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə nəql olunub.