Gürcüstan Azərbaycandan 1,9 min ton neft bitumu idxal edib

2019.12.11 14:19 (UTC+04:00)

Bu ilin noyabr ayında Gürcüstan Azərbaycandan 1,9 min ton həcmində neft bitumu idxal edib. Gürcüstan Neft Məhsulları İdxalçıları Birliyinin hesabatına əsasən, bu göstərici noyabrda Gürcüstan ümumi neft bitumu idxalının 14,3%-ni təşkil edib. Hesabat dövründə Gürcüstan ümumilikdə 13,3 min ton neft bitumu idxal edib ki, bu da əvvəlki ayla müqayisədə 6,5 min ton və ya 32,8% azdır.
Noyabrda Gürcüstanın neft bitumu idxalının 72,9%-i (9,7 min tonu) İranın payına düşüb ki, bu da ölkələr üzrə ən yüksək göstəricidir.