Polşa vergitutma və ətraf mühitin mühafiəzsi ilə bağlı Avropa İttifaqının (Aİ) məhkəməsinə verilib. Avropa Komissiyasının əsas iddiası Polşanın enerji tutumlu müəssisələr üçün vergi güzəştləri tətbiq etməsi ilə bağlıdır.
Avropa Komissiyası məmurlarının rəyinə görə, Polşa Aİ qanunvericiliyinə əməl etmir. Aİ-nin şirkətlərin vergiyə cəlb edilməsi ilə bağlı qanunları tələb edir ki, vergi güzəştlərindən faydalanan müəssisələr enerji səmərəliliyi və ətraf mühitin mühafizəsi sahəsində tədbirlər görməlidirlər. Avropa Komissiyasının iddiasında bildirilib ki, Polşa bu tələbi yerinə yetirmir.
"Polşa dövlətinin tətbiq etdiyi vergi güzəştlərindən faydalanan fəaliyyətlər ətraf mühitin çirklənməsinə şərait yaradır ki, bu da Aİ-nin ətraf mühitin qorunması i lə bağlı hədəflərinə ziddir və rəqabəti ciddi şəkildə pozur". – Avropa Komissiyasının məlumatında bildirilib.