Təbrizdə silsilə layihələrin açılışı olub

2019.12.10 18:57 (UTC+04:00)

Prezident Həsən Ruhaninin Şərqi Azərbaycana səfəri zamanı sənaye, kənd təsərrüfatı və səhiyyə sahələrini əhatə edən 100-dən artıq layihə istifadəyə verilib. Bu layihələr arasında 132 km uzunluğunda Miyana-Bostanabad dəmir yolu xəttinin açılışı mühüm yer tutur. Layihəyə dövlət tərəfindən təxminən 1,2 milyard dollar sərmayə qoyulub. 2021-ci ilin mart ayında xəttin Tərbizə çatdırılması üçün əlavə 431 milyon dollar vəsait qoyulması planlaşdırılıb. Həsən Ruhani Miyana-Bostanabad dəmir yolu xəttinin Təbrizə birləşdirilməsinin ölkə üçün böyük strateji əhəmiyyət daşıdığını vurğualyıb.

Şərqi Azərbaycan əyalətində açılmış mühüm obyektlərdən biri də İranın ən böyük külək elektrik stansiyasıdır. 50 meqavat gücündə olan obyekt 40 min ailənin elektrik enerjisi ilə təmin olunmasına şərait yaradacaq.

İran Prezidenti Azərbaycana səfəri çərçivəsində zəlzələdən zərər çəkmiş rayonlarda da olub.