Heydər Əliyev Beynəlxalq Aeroportunda illik sərnişin axını 5 milyon nəfərə çatacaq

2019.12.10 17:17 (UTC+04:00)

Bu il Heydər Əliyev Beynəlxalq Aeroportundan 5 yeni aviaşirkət – "Kuwait Airways", "UrAirlines", "Smartavia", "Flynas" və "Pegasus" uçuşlar həyata keçirməyə başlayıb. Bu barədə hava limanının direktoru Teymur Həsənov məlumat verib.

Onun sözlərinə görə, hazırda aeroport 60 beynəlxalq istiqamət üzrə uçuşlar yerinə yetirən 34 aviaşirkətə xidmət göstərir. Bunlardan 9-u "Buta Airways" (21 istiqamət), "WizzAir" (Budapeşt), "AirBaltic" (Riga), "Pegasus Airlines" (İzmir), "Flynas" (Ər-Riyad), "FlyDubai" (Dubay), "AirArabia" (Sharjah), "Jazeera Airways" (Küveyt), "Smartavia" (Sankt-Peterburq) daxil olmaqla aşağıbüdcəli aviaşirkətlərdir.

Son beş il ərzində Bakının hava limanında illik sərnişin axını 62 faiz artıb və bu ilin yekununda 5 milyon nəfərə çatmalıdır.