2019-cu ilin yanvar-noyabr aylarında Dövlət Gömrük Komitəsinin xətti ilə büdcə daxilolmaları ötən ilin eyni dövrü ilə müqayisədə 23 faiz çox - 4 milyard 6 milyon 341,24 manat olub. 2018-ci ilin 11 ayında bu sektordan büdcə daxilolmaları 3 milyard 223 milyon 078,4 min manat olmuşdu.
Bu ilin noyabrında Gömrük Komitəsinin xətti ilə daxilolmalar 361 milyon 014,4 min manat təşkil edib. Bunun 253 milyon 020,5 min manatı əlavə dəyər vergisinin, 13 milyon 531,3 min manatı aksiz vergisinin, 4 milyon 962,3 min manatı yol vergisinin payına düşüb. Gömrük rüsumları üzrə daxilolmalar isə 89 milyon 500,3 min manat olub.