ƏDV tutulan əməliyyatın vaxtının hesablanması

2019.12.10 14:05 (UTC+04:00)

Əvvəlki şərh üçün bax:

https://vergiler.az/

Misal 1. ƏDV ödəyicisi olan "A" MMC 15 yanvar 2020-ci il tarixdə qarşı tərəfə 3.000 manatlıq mal təqdim edib. Malların 540 manatlıq ƏDV dəyəri 30 yanvar 2020-ci il tarixdə, 3.000 mantlıq tam məbləğ isə 6 fevral 2019-cu il tarixdə daxil olub. Bu zaman vergi ödəyicisi yanvar yox, ödənişin daxil olduğu fevral ayının bəyannaməsində 540 manatlıq ƏDV-ni bəyan edəcək.

Misal 2. ƏDV ödəyicisi olan "A" MMC 17 yanvar 2020-ci il tarixdə 2.000 manatlıq malı qarşı tərəfə təqdim edib. Qarşı tərəf malların tam dəyərini 30 yanvar 2020-ci il tarixdə, ƏDV məbləğini isə 3 fevral 2020-ci il tarixə ödəyib. Malların ƏDV-siz dəyəri yanvar ayında daxil olduğu üçün vergi ödəyicisi həmin ayın bəyannaməsində 360 (2000x18%) manatlıq ƏDV məbləğini bəyan edəcək.

Misal 3. Vergi ödəyicisi 4.000 manatlıq mallları 3 fevral 2020-ci ildə təqdim etsə də, malların dəyəri 24 yanvar 2020-ci il tarixdə avans olaraq ödənilib. Bu zaman, malların fevral ayında təqdim olunmasa baxmayaraq, mallar dəyəri yanvar ayında ödənildiyi üçün, vergi ödəyici həmin ayın bəyannaməsində 720 (4000x18%) manatlıq ƏDV məbləğini bəyan edəcək.

Misal 4. Vergi ödəyicisinə təqdim edilməsi nəzərdə tutulan mallar üzrə avans məbləği olaraq 22 yanvar 2020-ci ildə 5.000 manat ödənilib. Amma mart ayında vergi ödəyicisi qarşı tərəfə malları təqdim edə bilmədiyi üçün ödənilən avans məbləğini geri ödəməli olub. Bu zaman vergi ödəyicisi yanvar ayının bəyannaməsində 900 (5000x18%) manatlıq ƏDV-ni bəyan etdiyi üçün, mart ayının ƏDV bəyannaməsində dəqiqləşdirmə aparmaqla həmin dövriyyəni azaltmalıdır.

Hazırladı:
Fəxriyyə İKRAMQIZI