Vergilər nazirinin müavini Saatlıda vətəndaşları qəbul edəcək

2019.12.10 10:51 (UTC+04:00)

Vergilər nazirinin müavini Mətin Eynullayev dekabrın 18-də Saatlı şəhərində yerləşən Vergi ödəyicilərinə xidmət mərkəzində (Q.Qarayev küçəsi, 5) Saatlı, Hacıqabul, Salyan, Neftçala, Sabirabad rayonlarından və Şirvan şəhərindən olan vətəndaşları qəbul edəcək.

Qəbula gəlmək istəyən vətəndaşlar 10-13 dekabr 2019-cu il tarixlərində Şirvan şəhərində fəaliyyət göstərən 5 saylı Ərazi Vergilər İdarəsinə, habelə Saatlı, Hacıqabul, Salyan, Neftçala və Sabirabad rayon vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə, eləcə də Vergilər Nazirliyinin "195-1" Çağrı Mərkəzinə zəng etməklə və ya nazirliyin [email protected] elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən qaldırmaq istədikləri məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.