Rusiya tərəfindən indiyədək Azərbaycana 4,9 milyard dollar həcmində sərmayə yatırılıb

2019.12.09 15:13 (UTC+04:00)

İndiyədək Azərbaycan tərəfindən Rusiya iqtisadiyyatına 1,2 milyard ABŞ dolları investisiya qoyulub. Bu barədə dekabrın 9-da Bakıda keçirilən Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası Dövlət Komissiyasının 18-ci iclasında Baş Nazirin müavini, komissiyanın həmsədri Şahin Mustafayev deyib.

Şahin Mustafayev çıxışı zamanı Rusiya tərəfindən ölkəmizə yatırılan infestisiyanın həcmini də açıqlayıb: "Rusiya tərəfindən isə Azərbaycana 4,9 milyard dollar sərmayə yatırılıb".