Hazırda Azərbaycanda Rusiya kapitallı 950 şirkət fəaliyyət göstərir. Bu barədə dekabrın 9-da Bakıda keçirilən Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası Dövlət Komissiyasının 18-ci iclasında Baş Nazirin müavini, komissiyanın həmsədri Şahin Mustafayev deyib.
Ş.Mustafayev qeyd edib ki, Azərbaycanla Rusiyanın ticarət dövriyyəsi ilbəil artır.