ABŞ Braziliya və Argentinaya tətbiq edilən əlavə gömrük vergisinə yenidən baxacaq

2019.12.09 14:10 (UTC+04:00)

ABŞ-ın dövlət başçısı Donald Tramp "Twitter” hesabından yaydığı açıqlamasında Braziliyadan və Argentinadan idxal olunan dəmir və alüminiuma tətbiq edilən əlavə gömrük vergisinə yenidən baxılacağını bəyan edib. O, öz açıqlamasında göstərib ki, "Braziliya və Argentina iqtisadiyyatının hazırda üzləşdiyi böyük devalvasiya ABŞ-ın kənd təsərrüfatı üçün müsbət hal deyil. Ona görə də bu ölkələrdən ABŞ-a dəniz yolu ilə gətirilən dəmir və alüminium üçün tətbiq olunan vergilərə yenidən baxılmalıdır. Mərkəzi Bank (FED) da bu sahədə tədbir görməlidir, çünki dolların güclü olması uzun müddət üçün fayda gətirməyəcəkdir. Bu hal ixracatda tədarükçülərimizi və kənd təsərrüfatımızı çətin vəziyyətə salır".

D.Tramp bunu nəzərə alaraq, faizləri aşağı salmağa çağırıb.