Vergilər nazirinin müavini Astarada vətəndaşları qəbul edəcək

2019.12.09 12:52 (UTC+04:00)

Vergilər nazirinin müavini Sahib Ələkbərov dekabrın 13-də Astara şəhərində yerləşən Vergi ödəyicilərinə xidmət mərkəzində (Heydər Əliyev küçəsi, 34) Astara, Lənkəran, Lerik, Masallı, Yardımlı, Cəlilabad və Biləsuvar rayonlarından olan vətəndaşları qəbul edəcək.

Qəbula gəlmək istəyən vətəndaşlar 09-11 dekabr 2019-cu il tarixlərində Lənkəran şəhəri 6 saylı Ərazi Vergilər Baş İdarəsinə, habelə Astara, Lerik, Masallı, Yardımlı, Cəlilabad və Biləsuvar rayonlarında fəaliyyət göstərən vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə, eləcə də Vergilər Nazirliyinin "195-1" Çağrı Mərkəzinə zəng etməklə və ya nazirliyin office@taxes.gov.az elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən qaldırmaq istədikləri məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.