Gələn ilin II yarısından, xüsusilə də IV rübündən qlobal iqtisadiyyat sürətlə böyüyəcək.
Bu proqnozla İsveçrənin "UBS Global" investisiya bankının Asiya-Sakit Okean bölməsinin rəhbəri Adrian Zuerçer çıxış edib. Onun fikrincə, buna ABŞ-Çin ticarət müharibəsinin zəifləməsi, mərkəzi bankların yürütdüyü yumşaq pul siyasəti imkan verəcək.
"İki ölkə arasında ticarət razılaşması əldə edilsə və ABŞ Çin mallarına gömrük rüsumlarını dekabrın 15-dən ləğv etsə, qlobal iqtisadiyyat yavaş-yavaş bərpa olunmağa başlayacaq", - deyə UBS rəsmisi qeyd edib.