Bakı Fond Birjasında qiymətli kağızlar üzrə əməliyyatların həcmi açıqlanıb

2019.12.07 11:35 (UTC+04:00)

Bakı Fond Birjasında (BFB) 11 ay ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 13 milyard 5 milyon 126 min 950 manat təşkil edib. BFB-dən bildirilib ki, ötən ilin eyni dövrü üzrə əməliyyatların həcmi 13 milyard 551 milyon 215 min 595 manat olub. Hesabat dövründə dövlət qiymətli kağızların ilkin bazarında yerləşdirmələrin həcmində ötən ilə nəzərən azalma müşahidə olunmasına baxmayaraq, dövlət qiymətli kağızların təkrar bazarında ticarət həcmi 293 faiz, korporativ qiymətli kağızların təkrar bazarında 76 faiz və repo əməliyyatlarında isə 81 faiz artım qeydə alınıb.

Noyabrda Bakı Fond Birjasının kapitalizasiyası 3 milyard 623 milyon 148 min 432 manat təşkil edib. Cari ilin oktyabr ayı ilə müqayisədə kapitalizasiya 7 faiz artıb.