Fransa Prezidenti Emmanuel Makron Londonda ABŞ Prezidenti Donald Trampla görüşü zamanı bildirib ki, onun hökuməti rəqəmsal vergilərlə bağlı Avropanın maraqlarını qorumaqda bundan sonra da davam edəcək. "Mən öz maraqlarımızın müdafiə olunmasına sadiqəm", - Makron bəyan edib. O, ümid etdiyini bildirib ki, "gələcək diskussiyalar bu mövzu ətrafında yaranmış vəziyyəti yoluna qoymağa imkan yaradacaq".
E.Makron xüsusi vurğulayıb ki, rəqəmsal vergi konkret olaraq Amerika şirkətlərinə qarşı yönəldilmiş bir tədbir deyil: "Bu, eyni qaydada, Çin və Fransa şirkətlərinə də şamil olunacaq".