Vergilər Nazirliyinin əməkdaşları Almaniyaya səfər ediblər

2019.12.06 12:16 (UTC+04:00)

Vergilər Nazirliyinin Vergi siyasəti Baş İdarəsi və Tədris Mərkəzinin əməkdaşları Kil Universitetinin dəvəti ilə Almaniyada səfərdə olublar.

Vergitutma Bazasının Aşınmasına və Mənfəətin Vergitutmadan Yayındırılmasına qarşı mübarizə (BEPS) layihəsi ilə bağlı məsələlərə həsr olunmuş tədbirdə nazirliyin idarə rəisi Oqtay Yaqubov və Tədris Mərkəzinin rəis müavini Mirəli Kazımov və Mərkəzin Vergi qanunvericiliyinin tədrisi şöbəsinin rəisi Malik Əkbərov ölkəminizin vergi sistemi, eləcə də Tədris Mərkəzinin iş prinsipləri barədə təqdimatlarla çıxış ediblər.

Səfər zamanı Vergilər Nazirliyinin Tədris Mərkəzi ilə Kil Universiteti arasında ikitərəfli münasibətlərin qurulması, birgə tədbirlərin keçirilməsi, Vergilər Nazirliyinin Tədris Mərkəzi əməkdaşlarının Kil Universitetində təcrübəyə cəlb olunması kimi qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.