TRACECA-ya üzv ölkələr tarifləri eyniləşdirməlidir

2019.12.06 11:44 (UTC+04:00)

"Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizinə (TRACECA) üzv ölkələr tarifləri eyniləşdirməlidir". Bunu Bakıda keçirilən və dəhlizin inkişafı üzrə Əsas Çoxtərəfli Sazişin imzalanmasının 20 illiyinə həsr olunmuş beynəlxalq konfransda və TRACECA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin XIV iclasında Ukraynanın İnfrastruktur naziri Vladislav Krikli deyib: "Multimodel daşımaların asanlaşdırılmasına ehtiyac var. Rəqəmsal problemlər hələ də qalmaqdadır. Biz səylərimizi birləşdirməklə TRACECA-nın təsirini artırmalıyıq. Biz bu dəhlizdən geniş istifadə etməliyik. Yükdaşımalarda tərəflər uyğun servislə təmin edilməlidir".