"Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Saziş"in imzalanmasının 20 illiyinə həsr olunmuş beynəlxalq konfrans və TRACECA Hökumətlərarası Komissiyasının XIV iclasında çıxış edən Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, gələcəkdə Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin illik yükdaşıma qabiliyyəti 15 milyon tondan artıq olacaq: "BTQ ölkələr arasında əlaqələrin genişləndirilməsində böyük rol oynayır və oynayacaq".
Xatırladaq ki, hazırda sözügedən dəmir yolu xəttinin yükgötürmə qabiliyyəti 6 mln. ton, sərnişindaşıma qabiliyyəti isə 1 mln. nəfər təşkil edir.