Bakıda TRACECA ilə bağlı sazişin imzalanmasının 20 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilir

2019.12.06 10:38 (UTC+04:00)

Bu gün Bakıda Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Sazişin imzalanmasının 20 illiyinə həsr olunmuş beynəlxalq konfrans və TRACECA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin XIV iclası keçirilir. Tədbirdə TRACECA-ya üzv və müşahidəçi ölkələrin rəsmiləri, beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər.

Tədbir çərçivəsində bir sıra sessiyalar olacaq.

Xatırladaq ki, TRACECA 1993-cü ildə Brüsseldə keçirilmiş konfransda yaradılıb.