Türkiyə Prezidenti mehmanxanada qalmaq üçün vergi qanununu təsdiqləməyib

2019.12.05 18:41 (UTC+04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mehmanxanalarda qalmaq üçün iki faizlik vergi tutulmasını əhatə edən və ölkə parlamentinin təsdiqlədiyi xidmətlər haqqında qanunu geri qaytarıb. Bundan əvvəl Türkiyənin Otellər Federasiyasının rəhbəri Osman Ayık bildirmişdi ki, turistlərə əlavə vergi qoyulandan sonra gələn ilin aprel ayından mehmanxana qiymətlərində cüzi artım olacaq.

Prezident Administrasiyasının yaydığı xəbərdə isə bildirilir ki, dövlət başçısı xidmətlər haqqında qanunu yersiz hesab edərək təkmilləşdirilmək üçün yenidən parlamentə qaytarıb. mQeyd olunub ki, Ərdoğanı narazı salan məsələlərdən biri də elektrik enerjisi istehsalçılarından vergi tutulması ilə bağlıdır. Ancaq Prezidentin otellərdə qalmaqla bağlı vergi tətbiqinə dair münasibəti barədə məlumat verilməyib.