Gələn il 3 "ASAN xidmət" mərkəzi açılacaq

2019.12.05 15:47 (UTC+04:00)

"Gələn il Bakıda 2, regionlarda isə 1 "ASAN xidmət" mərkəzinin açılacağı gözlənilir". Bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov deyib. Onun sözlərinə görə, bu mərkəzlər paytaxtın Nərimanov, Xətai rayonlarında olacaq. Regionlardan isə Balakən rayonunda mərkəzin açılması nəzərdə tutulub.

C.Salmanov bildirib ki, Sumqayıt ölkəmizin böyük şəhərlərindən biridir və burada əhali sıxlığı üçün analoji olaraq xidmətlərə müraciət edənləri sayı çoxdur: "Sumqayıtda yeni "ASAN xidmət" mərkəzinin açılması şəhərdə vətəndaşlara daha operativ xidmət göstərməyə şərait yaradacaq. Xidmət Mərkəzinin gələn il tikilməsinə başlanacaq və yəqin ki, 2021-ci ildə açılışı olacaq".