Bakıda Gənc Sahibkarlar Forumu keçiriləcək

2019.12.05 15:16 (UTC+04:00)

Dekabrın 10-da Bakı Konqres Mərkəzində gənclər arasında sahibkarlıq fəaliyyətinin təşviqi, kiçik və orta biznesə dəstək göstərilməsi məqsədilə I Gənc Sahibkarlar Forumu keçiriləcək. Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) bildirilib ki, Gənclər Fondu, KOBİA yanında İctimai Şura və “Gənc Sahibkarlar Şəbəkəsi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçiriləcək forumda yaşı 29-dək olan gənclər iştirak edə bilərlər.

Forumda iştirak etmək istəyənlər dekabrın 7-dək aşağıdakı linkdə göstərilən anket-formanı doldurmaqla qeydiyyatdan keçməlidirlər.

Forumla bağlı əlavə suallarla KOBİA-ya müraciət etmək olar (Əlibaba Əliyev, 404-04-01 (daxili 162), 055-589-69-39).