Azərbaycan-Səudiyyə Ərəbistanı işgüzar görüşü keçirilib

2019.12.04 16:49 (UTC+04:00)

İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Bakıda Azərbaycan-Səudiyyə Ərəbistanı işgüzar görüşü keçirilib. AZPROMO-nun rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev və Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdəki səfiri Haməd bin Abdullah bin Səud bin Xudeyr iki ölkənin iqtisadi əməkdaşlığından danışıb, bu sahədə özəl sektorun rolunu qeyd ediblər.

Səudiyyə Ərəbistanının "Aramco Overseas Company" (AOC) şirkətinin direktoru Ahmad Al Şiha rəhbərlik etdiyi şirkətin fəaliyyəti, həyata keçirdiyi layihələr barədə məlumat verib.
Tədbirdə Səudiyyə Ərəbistanının investisiya və biznes mühiti, həyata keçirilən layihələr barədə təqdimatlar keçirilib, iş adamları arasında əlaqələrin genişləndirilməsi müzakirə olunub, Azərbaycan şirkətləri investisiya sahəsində əməkdaşlığa dəvət edilib.