Çinə tətbiq olunan əlavə gömrük vergiləri ABŞ bazarlarını böyüdüb

2019.12.04 13:49 (UTC+04:00)

ABŞ Prezidenti Donald Tramp Çinə yeni gömrük vergisi tariflərinin tətbiqinə başlandığı 3 yanvar 2018-ci ildən bəri ABŞ-dakı müxtəlif bazarların 21 faiz səviyyəsinə qədər böyüdüyünü bildirib.

D.Tramp "Twitter" hesabından yaydığı açıqlamada vergi tariflərindən dövlətin çox böyük məbləğdə gəlir əldə etdiyini göstərib.

Qeyd edək ki, dünyanın ən böyük iki iqtisadiyyatı arasında keçirilən ticarət görüşlərinin mərkəzində əlavə gömrük vergiləri dayandığı şəraitdə Çinin "birinci mərhələdə" imzalanacaq sazişlə vergi tariflərinin aşağı salınmasını tələb etdiyi aşkar olunub.