Gürcüstana səfər edən azərbaycanlı ziyarətçilərin sayı 7 faiz artıb

2019.12.04 12:53 (UTC+04:00)

Bu ilin yanvar-noyabr aylarında Azərbaycandan Gürcüstana səfər edənlərin sayı 1.404.028 nəfər təşkil edib. Gürcüstanın Milli Turizm Adminstrasiyasının hesabatında bildirilir ki, illik müqayisədə qonşu ölkəyə yollanan azərbaycanlı ziyarətçilərin sayı 92.121 nəfər və ya 7 faiz artıb. Bu göstərici ilə Azərbaycan hesabat dövründə Gürcüstana gedən əcnəbilərin sayı baxımından ikinci yeri tutub. Birinci yerdə 1.406.255 nəfərlə Rusiya, üçüncü yerdə isə 1.230.834 nəfərlə Ermənistandır.

Təkcə noyabr ayında isə Gürcüstan Azərbaycandan 114.657 ziyarətçi qəbul edib ki, bu da ötən ilin eyni göstəricisindən 8.552 nəfər, yaxud 8,1 faiz çoxdur. Qeyd edək ki, Gürcüstana bu ilin 11 ayında 8.690.352 nəfər, yalnız noyabr ayında isə 670.122 nəfər beynəlxalq ziyarətçi səfər edib.