"vergiler.az" onlayn qəzetinin "Rəsmi cavab" rubrikası davam edir

2019.12.11 12:15 (UTC+04:00)

"Rəsmi cavab" rubrikasının növbəti qonağı Vergilər Nazirliyinin Yerli qurumların fəaliyyətinin əlaqələndirilməsi Baş İdarəsinin rəisi Elçin Bəylərovdur. Mövzumuz "Kənd təsərrüfatı subyektlərinin uçotu: qarşıya çıxan suallar"dır. Oxucular kənd təsərrüfatı subyektlərinin uçotu, bu prosesin yaratdığı imkanlar, bu sahədə nəzərdə tutulan yeniliklər, uçot-məlumat bazası, məcburi dövlət sosial sığortasının məqsədləri üçün ailə kəndli təsərrüfatlarının və mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslərin uçotu, bank hesablarının açılması və s. məsələlərlə bağlı suallar ünvanlaya bilərlər.

"Rəsmi cavab" rubrikasının müəyyən edilmiş mövzusu ilə bağlı suallarınızı 12 dekabr 2019-cu il tarixinədək [email protected] ünvanına göndərə bilərsiniz. Sualların rubrikanın mövzusuna aid olması mütləqdir.