Qeydiyyat tarixindən qabaq mal qalığı təqdim edilərkən ƏDV tətbiq edilməsi

2019.12.04 10:11 (UTC+04:00)

Vergilər Nazirliyindən bildirilib ki, sadələşdirilmiş vergi ödəyicisi ƏDV qeydiyyatına alındığı tarixdən etibarən təqdim etdiyi mallar, iş və xidmətlər ƏDV-nin vergitutma obyekti hesab olunur.

Vergi Məcəlləsinin 159.7-ci maddəsinin müddəaları ƏDV məqsədləri üçün qeydiyyatda olan vergi ödəyicilərinin ƏDV ödənilməklə apardığı əməliyyatlara tətbiq edildiyindən, sorğunuzda qeyd olunan vergi ödəyicisinin ƏDV ödəyicisi olmadığı dövrdə ƏDV-yə cəlb edilən əməliyyat nəticəsində əldə edilən malları təqdim etməsi ƏDV tutulan əməliyyat sayılır. Yəni Vergi Məcəlləsinin 159.7-ci maddəsi sadələşdirilmiş vergi ödəyicilərinə aid edilmir.