Belarusun neftayırma zavodları Rusiyanın vergi manevrlərinin ziyanını çəkir

2019.12.03 18:43 (UTC+04:00)

Belarus Respublikasında fəaliyyət göstərən neftayırma zavodlarının Rusiyanın vergi manevrləri nəticəsində meydana gələn itkiləri 2019-cu ildə 320 milyon dollar olacaq, 2019-2024-cü illərdə isə bu göstərici ümumilikdə 5,8 milyard dollara çatacaq. Belarusun Neft-Kimya Dövlət Konserninin rəhbəri Andrey Bunakov bu barədə bəyanat verərək bildirib ki, bu il dünya üzrə neft qiymətləri hər barel üçün 60 dollar götürülməklə iki neftayırma zavodunun emal etdiyi 18 milyon ton neft üçün itkinin 320 milyon dollar olacağı təxmin edilir.