Azərbaycanda iqtisadiyyata kredit qoyuluşlarının həcmi 14 milyard manatı ötüb

2019.12.03 18:16 (UTC+04:00)

Bu ilin noyabrın 1-nə Azərbaycanda fəaliyyət göstərən kredit təşkilatları tərəfindən ölkə iqtisadiyyatına kredit qoyuluşlarının həcmi 14.075 mln. manat təşkil edib. Azərbaycan Mərkəzi Bankının hesabatına əsasən, bu göstərici son bir ayda 202,9 mln. manat və ya 1,5 faiz artıb. Bu ilin əvvəli ilə müqayisədə kredit qoyuluşlarının həcmi 1.446,7 mln. manat və ya 11,5 faiz, ötən ilin eyni dövrü ilə müqayisədə isə 2.185,8 mln. manat və ya 18,4 faiz artıb.

Qeyd edək ki, Azərbaycanda kreditləşmənin artımı əsasən istehlak kreditlərinin çoxalması hesabına baş verib.