Azərbaycanda pul bazası ötən ilin sonu ilə müqayisədə 1 milyard manatdan çox artıb

2019.12.03 17:37 (UTC+04:00)

Dekabrın 1-nə Azərbaycanda pul bazası 10 milyard 674,5 milyon manat olub. Mərkəzi Bankın hesabatına əsasən, bu göstərici noyabrın 1-i ilə müqayisədə 375,7 milyon manat çoxdur.

Qeyd edək ki, keçən ilin sonuna ölkədə pul bazası 9 milyard 545,7 milyon manat təşkil edib.