Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmi açıqlanıb. Mərkəzi Bankın hesabatına əsasən, AMB-nin valyuta ehtiyatları dekabrın 1-nə 6 milyard 183,1 milyon ABŞ dolları olub. Bu göstərici noyabrın 1-i ilə müqayisədə 38,4 milyon dollar, ilin əvvəli ilə müqayisədə isə 527,2 milyon dollar çoxdur.
Ötən ilin sonuna bankın valyuta ehtiyatları 5 milyard 625,7 milyon təşkil edib.