ABŞ-Fransa "müharibəsi" Fransa məhsullarına əlavə vergi tətbiq edilməsi ilə nəticələnib

2019.12.03 13:38 (UTC+04:00)

Fransanın ABŞ-ın "Google", "Apple", "Facebook" və "Amazon" kimi texnologiya nəhənglərinə tətbiq etdiyi rəqəmsal xidmət vergisinə qarşı tərəfdən cavab gəlib. ABŞ Fransa istehsalı olan 2,4 milyard dollar dəyərində məhsula əlavə vergi tətbiq etməyi planlaşdırır.

"Fransanın rəqəmsal xidmət vergisi ABŞ şirkətlərinə qarşı ayrı-seçkilikdir", - ABŞ-ın yerli Ticarət Nümayəndəliyindən bildirilib. Nümayəndəliyin rəhbəri Robert Laythayzer Avstriya, İtaliya və Türkiyəyə qarşı əlavə verginin tətbiq oluna biləcəyini deyib.

Xatırladaq ki, Fransada yeni vergilər ictimai müzakirələr başa çatdıqdan sonra gələn ilin əvvəlindən tətbiq ediləcək.