Bakıda kənd təsərrüfatı üzrə yüksək səviyyəli ekspertlərin iclası keçirilib

2019.12.03 09:47 (UTC+04:00)

Bakıda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) kənd təsərrüfatı üzrə yüksəksəviyyəli ekspertlərinin V iclası keçirilir.

İclasda İƏT-ə üzv ölkələrin kənd təsərrüfatı nazirlərinin dekabrın 4-də Bakıda keçiriləcək VI iclasına hazırlıq, o cümlədən gündəliyin layihəsi, "ECO-Vison 2025"in kənd təsərrüfatına aid hissəsinin həyata keçirilməsi yolları, həmçinin kənd təsərrüfatı sahəsi üzrə 2019-cu il Bakı Bəyannaməsinin hazırlanması və digər məsələlər müzakirə olunur.