Ötən ay bir sıra banklar kredit faizlərini endirib

2019.12.02 16:16 (UTC+04:00)

Cari ilin noyabr ayında Azərbaycanda fəaliyyət göstərən bəzi banklarda istehlak və biznes kreditləri üzrə təklif edilən faiz dərəcələrinə dəyişiklik edilib. "Report"un araşdırmasına əsasən, nağd kreditlər üzrə faiz dərəcəsi "AFB Bank"da 20 faizdən 17 faizə, "BTB Bank"da 18-26 faizdən 18-21 faizə, "Expressbank"da 17 faizdən 16,15 faizə endirilib.

Biznes kreditləri üzrə faiz dərəcələri hesabat ayında "AFB Bank"da 20 faizdən 17 faizə düşürülüb, "Rabitəbank"da 16-23 faizdən 16-29 faizə çatdırılıb.

Hazırda nağd kreditlər üzrə ən aşağı faiz dərəcəsi "Turanbank" və "Xalq Bank"dadır.

Avtomobil kreditləri – "NBC Bank"
Təmir kreditləri – "Yelo Bank"
Lombard kreditləri – "Amrahbank"
İpoteka kreditləri – "Xalq Bank"
Mikro kreditlər – "Bank Respublika"
Kiçik və orta biznes kreditləri – "AG Bank", "Xalq Bank"

Daha ətraflı məlumat aşağıdakı infoqrafikalarda verilib: