İpoteka kreditlərinin məbləği məlum oldu

2019.12.02 15:33 (UTC+04:00)

İpoteka və Kredit Zəmanət Fondu dekabrın 1-dək verdiyi ipoteka kreditlərinin məbləğini açıqlayıb. Fonddan verilən məlumata görə, ötən ay ümumilikdə 27 min 677 ipoteka krediti verilib. Kreditlərin 2.452-si bu ilin 11 ayında verilib.

Kreditlərin ümumi məbləği 1 milyard 375 milyon 754 min 594 manat təşkil edib. Bu ilin 11 ayında verilən ipoteka kreditlərinin məbləği isə 158 milyon 830 min 053 manat olub. Fondun zəmanət verilən kreditlərinin ümumi məbləği 52 milyon 609 min manata çatıb. Onun 35 milyon 080 min manatı bu il dekabrın 1-dək verilib. Fondun dövriyyədə olan istiqrazlarının ümumi məbləği 723 milyon 878 min manat olub.