Azərbaycanda bank müştərilərinin sayı 7 milyon 850 min nəfəri ötüb

2019.12.02 15:09 (UTC+04:00)

Bu ilin noyabrın 1-nə Azərbaycanın bank sektorunun müştəri bazası aylıq müqayisədə 122.004 nəfər artaraq 7.845.360 nəfər təşkil edib. "APA-Economics"in Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi məlumata görə, müştərilərin 7.726.983 nəfəri fiziki, 118.377 nəfəri hüquqi şəxslərdir. Oktyabr ayı ərzində fiziki şəxslərin sayında 120.219 nəfər, hüquqi şəxslərin sayında isə 1 .785 nəfər artım qeydə alınıb.

Ayrıca bu müddətdə bank müştərisi olan fərdi sahibkarların sayında da artım olub. Belə ki, bu kateqoriyadan olanların sayı 33.236 nəfər artaraq 346.970 nəfərə çatıb.

Xatırladaq ki, ilin əvvəli ilə müqayisədə bank müştərilərinin sayı 1.509.955 nəfər və ya 23,8 faiz artıb.