POS-terminalların sayı artıb

2019.12.02 14:47 (UTC+04:00)

Mərkəzi Bankın hesabatına əsasən, oktyabrda ticarət və xidmət obyektlərində istifadə edilən ödəniş aparatlarının sayı 65 min 608 ədədə çatıb. 2019-cu il noyabrın 1-nə istifadədə olan POS-terminalların 64 min 219 pərakəndə ticarət obyektlərində quraşdırılıb. Ümumilikdə, oktyabrda istifadə edilən POS-terminalın 39 min 634 ədədi Bakıda, 25 min 974 ədədi isə regionlarda quraşdırılıb. Artım daha çox Bakıdakı obyektlərdə quraşdırılan POS-teminalların hesabına baş verib.

Noyabrın 1-nə ölkədə fəaliyyət göstərən bankomatların da sayı artaraq 2.592 ədəddən 2.612 ədədə çatıb. Oktyabrda bankomatların 1.402-si Bakıda, 1.210-u isə regionlarda fəaliyyət göstərib.