Bakıda inşaat işlərinin 85 faizə yaxınını qeyri-dövlət tikinti müəssisələri görüb

2019.12.02 14:35 (UTC+04:00)

Yanvar-oktyabr aylarında Bakı şəhərində tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 65,6 faizini tikinti, yenidənqurma və genişləndirmə, 8,9 faizini əsaslı təmir, 4,9 faizini cari təmir, 20,6 faizini isə digər tikinti işləri təşkil edib.

Bakı Şəhər Statistika İdarəsindən bildirilib ki, ümumi inşaat işlərinin 84,5 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetirib.