2019-cu ilin noyabr ayında Azərbaycanda fəaliyyət göstərən 4 bankda milli və xarici valyutada əhalidən cəlb edilən əmanətlər üzrə faiz dərəcələrinə yenidən baxılıb, bir bankda isə avroda olan əmanətlərin qəbulu dayandırılır. "Report"un araşdırmasına görə, manatla qəbul olunan depozitlərin faiz dərəcələri "Bank of Baku"da 9,50-10,00 faizdən 8,50-9,00 faizə, "Rabitəbank"da 8,00-10,00 faizdən 8,00-8,50 faizə, "Unibank"da 8,50-9,00 faizdən 8,00-8,50 faizə salınıb, "Accessbank"da isə 7,80-8,50 faizdən 7,80-9,00 faizə artırılıb.
Dollarla cəlb edilən əmanətlər üzrə faiz dərəcələri "Unibank"da 0,80-1,20 faizdən 1,00-1,50 faizə qaldırılıb. Ötən "AGBank"da avroda olan depozitlərin qəbulu dayandırılıb.
Bütövlükdə banklar milli valyutada olan əmanətləri 4,00-12,50 faiz diapozonunda qəbul edir. Ən yüksək faizi "NBC Bank", ən aşağı – "Naxçıvan Bank" təklif edir.
Banklar dollar əmanətlərini 0,25-3,00 faizlə cəlb edirlər. Bu valyutada olan əmanətlər üzrə ən yüksək faiz dərəcəsi "Bank BTB", "NBC Bank" və "Nikoil Bank"dadır.
Avro əmanətləri üzrə faiz dərəcələri 0,10-3,00 faiz civarında dəyişir. Ən yüksək faiz dərəcəsini "NBC Bank" təklif edir.
Məlumatların toplanmasında əsas kriteriya kimi əmanətlərin 1 il müddətinə qəbul olunması, məbləğə olan minimal tələbin yuxarı həddinin 1.000 manatı aşmaması götürülüb. Bu baxımdan araşdırmaya "Paşa Bank" (minimum məbləğ 20.000 AZN), "Premium Bank" (20.000 AZN) və "Melli İran Bankı"nın Bakı fillialı (5.000 AZN) daxil edilməyib. "Pakistan Milli Bankı"nın Bakı filialının depozit qəbul etməsi haqda isə heç bir məlumat yoxdur.
Daha ətraflı məlumat aşağıdakı infoqrafikada təqdim olunub: