"Bakutel 2020" Beynəlxalq sərgisində hibrid startaplar da iştirak edəcək

2019.12.02 11:59 (UTC+04:00)

"Bakutel 2020" Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgisində hibrid startaplar da iştirak edəcək. Bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan İnnovasiyalar Agentliyinin İdarə Heyətinin sədri Tural Kərimli deyib.

Y.Kərimlinin sözlərinə görə, həmin startaplar 4 ölkəni təmsil edəcək: "Artıq bəzi ölkələrə məxsus startaplar var ki, onlar bizə müraciət ediblər. Onlar öz bizneslərini də bizə uyğunlaşdırmaq istəyirlər. Məhz bu startapları biz hibrid startapları adlandırırıq. Belə startaplar arasında İrandan 40, Ukraynadan 3, Rusiyadan 5 və İsraildən 3 startap müraciət edib".