Mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin və onların müavinlərinin 2019-cu ilin dekabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəli açıqlanıb. Siyahıya əsasən, Vergilər nazirinin birinci müavini Sahir Məmmədxanov dekabrın 11-də Tovuzda vətəndaşları qəbul edəcək. Görüşdə həmin rayondan olan vergi ödəyiciləri ilə yanaşı, Şəmkir, Gədəbəy, Qazax və Ağstafa sakinləri də iştirak edə bilərlər.
Dekabrın 13-də isə Vergilər nazirinin müavini Sahib Ələkbərov Astarada vətəndaşlarla görüşəcək. Qəbulda Lənkəran, Lerik, Masallı, Yardımlı, Cəlilabad, Biləsuvar rayonlarının sakinləri öz problemlərini qaldıra biləcəklər.
Vergilər nazirinin müavini Mətin Eynullayev dekabrın 18-də Saatlı şəhərində Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala, Sabirabad rayonlarının sakinlərini qəbul edəcək.