Əhalinin banklardakı əmanətləri ilin əvvəlindən 5 faiz artıb

2019.12.02 10:01 (UTC+04:00)

Bu ilin noyabr ayının 1-nə Azərbaycan əhalisinin ölkə banklarındakı əmanətlərinin həcmi 8.811,1 mln. manat təşkil edib. "APA-Economics"in Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi məlumata görə, ölkə əhalisinin banklardakı əmanətləri son bir ayda 205,8 mln. manat və ya 2,4 faiz artıb.

Cari ilin əvvəlinə nisbətən bu göstərici 435,7 mln. manat və ya 5,2 faiz, son bir ildə isə 671,1 mln. manat və ya 8,24 faiz artıb.