Azərbaycan ilə Almaniyanın qarşılıqlı investisiya qoyuluşları artır

2019.11.30 12:52 (UTC+04:00)

Bu vaxtadək Almaniya tərəfindən Azərbaycan iqtisadiyyatına 626,6 milyon ABŞ dolları məbləğində investisiya yatırılıb. Bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) təşkilatçılığı ilə "Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı"nın 10 illiyinə həsr olunmuş tədbirdə KOBİA-nın idarə heyətinin sədri Orxan Məmmədov deyib.

O.Məmmədov bildirib ki, həmin investisiyanın 96 faizi qeyri-neft sektoruna yönəldilib. Eyni zamanda, Azərbaycandan Almaniya iqtisadiyyatına 3,1 milyard dollar sərmayə qoyulub.